Bu gün AFFA intizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az–ın məlumatına görə, XXI Azərbaycan kubokunun 1/2 final “Xəzər Lənkəran” – “Bakı” matçında “Xəzər Lənkəran” klubunun 6 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 35 və 62-ci dəqiqələrində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra təhlükəsizlik təmin olunmadığı üçün ( meydançaya azarkeşlər daxil olub) meydan sahibi 5000 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/2 final “Qarabağ” – “Neftçi” matçının 1-ci dəqiqəsində hər iki klubun azarkeşləri tərəfindən pirotexniki vəsatələr istifadə olunduğu üçün hər iki klub 1000 manat cərimə olunub.
“Kəpəz” – “Sumqayıt” matçında “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Neftçi” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 69-cu dəqiqəsində “İnter” klubunun 25 №-li futbolçusu İbrahim Niassen kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
AZAL – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 45-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 5 №-li futbolçusu Elnur Allahverdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.
