“Qəbələ”nin qələbə seriyasındna xəbərdar idik. Onlar bizə qarşı da qələbə qazanmaq üçün çıxmışdılar. Çətin oyun oldu. Lakin biz bu oyunda xal qazana bilərdik. Qırmızı kart və ilk hissədə buraxdığımız erkən qol planlarımızı pozdu”.
Bui söğzləri korner.az-a açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanov deyib.
Cənub komandasının təcrübəli üzvü qarşıdakı turda “Bakı” ilə oyunu buraxacaq. Buna səbəb Ramaldanovun sart kart limitini doldurmasıdı:
“Düzdü “Bakı” ilə oyunda qələbə qazanmalıyıq. Çünki bu oyun digərlərinə nisbətən rahat ola bilər. Ancaq mən təəssüf ki, oynamayacam. Bundan başqa bir neçə futbolçu da çıxış etməyəcək. Buna baxmayaraq qələbəyə inanıram”.
