2012/2013 mövsümündə qarşısına böyük hədəflər qoyan “Qəbələ” ilk transferini reallaşdırıb. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qəbələlilər gənc futbolçu Şəhriyar Xəlilovu heyətinə qatıb. Əvvəllər “Qarabağ”, “Turan” və “Xəzər Lənkəran”da top qovan 21 yaşlı müdafiəçi ilə la 3 illik müqavilə imzalanıb.
Futbolçu transferlə bağlı ilkin təəssüratlarını klubun rəsmi saytına açıqlayıb: “Qəbələ” ilə yanaşı bir neçə fərqli klubdan da təklif almışdım. Amma Qəbələdə futbol üçün yaradılan şəraitdən xəbərdar olduğum üçün digər təkliflər üzərində çox düşünmədim. Doğru seçim etdiyimi düşünürəm. Yeni komandamın hədəflərindən xəbərdaram. Çalışacağam ki, öz oyunumla “Qəbələ”nin uğurlarında pay sahibi olum”.
Qeyd edək ki, Şəhriyar Premyer Liqanın son mövsümündə “Xəzər Lənkəran”da 14 oyun keçirib.