“Xəzər Lənkəran”ın daha bir futbolçusu ölkəsinin millisinə dəvət alıb.
Korner.az-ın məlumatına görə, bu Nikola Gligorovdu. Makedoniya millisinin heyətini açıqlayan baş məşqçi Çedomir Yanevski avqustun 14-də Bolqarıstanla keçiriləcək yoldaşlıq oyunu üçün 21 futbolçuya dəvət göndərib ki, onların arasında Cənub klubunun futbolçusu da var.
Qeyd edək ki, 11 avqust 2010-cu ildə Malta ilə keçirilən oyunda yığmada debüt edən Qliqorov indiyədək 16 oyun keçirib.
