Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
Korner.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, “Neftçi” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qələbə qazanıb.
Qolları Roman Hüseynov, Umar Akmurzayev, Elnur Cəfərov və Fərid Kərimzadə vurub.
