“Xəzər Lənkəran”ın futbolçusu Alvaro Silva öz oğlunun fotosunu “facebook” sosial şəbəkəsində paylaşıb.
Korner.az-ın məlumatına görə, Cənub klubunun müdafiəçisi oğlunun şəklini paylaşdığı statusda bu sözləri yazıb:
“Mənim səhvimdi, bu gün çarpayıdan yıxılıb”.
Silvanın paylaşdığı şəkild də göründüyü kimi, futbolçunun səhvi ucbatından çarpayıdan yıxılan uşağın sağ gözü xəsarət alıb.