Avroliqada ölkəmizi təmsil edəcək "Xəzər Lənkəran" təlim-məşq toplantısını keçirəcək məkana – Almaniyaya yola düşüb.
Korner.az-ın əldə etdiyi məlumata görə, klubla birgə sözügedən ölkəyə aparılmayan Akif Tağıyevin məsələsi sən demə viza deyilmiş. Gənc futbolçu Toşakın "qara siyahısı"nda yer alıb. Əldə etdiyimiz digər məlumata görə, artıq futbolçuya "Simurq" və "Qaradağ Lökbatan" "elçi" düşüb.
Məsələıni araşdırmaq üçün futbolçu ilə əlaqə saxladıq. A.Tağıyev saytımıza açıqlamasında bunları dedi:
"Mənə dedilər ki, viza poroblemi var. Ona görə Almaniyaya aparılmadım. Ancaq baxıram ki, yeni mövsümdə də əsas heyətə düşə bilməyəcəyəm. Oynamaq istəyirəm və buna görə də, oynaya biləcəyim komandaya getmək istəyirəm. Düzdü mənim hələ "Xəzər Lənkəran"la müqaviləm var. Ancaq gəncəm və oynayaraq özümü sübut etmək istəyirəm. Bir neçəı klublardan da təkliflər var. Ancaq ad açıqlamaq istəmirəm".