Premyer Liqanın 33-cü turu çərçivəsində doğma meydanında lider “Qarabağ”la xalları yarı bölən “Xəzər Lənkəran”, mayın 11-dən məşqlərini bərpa edib.
Korner.az-ın məlumatına görə, Lənkərandakı bazasında toplaşan komanda növbəti turun AZAL ilə qarşılaşması üçün hazırlıqlarını davam etdirir. Hazırda Türkiyədə əməliyyat olunan Sadio Tounkara məşqlərdən tam olaraq kənarda qalsa da, gənc müdafiəçi İlyas Səfərzadə fərdi olaraq məşqlərini davam etdirir.
Qeyd edək ki, May ayının 15-də əsas meydançada son oyunöncəsi məşqini keçirəcək “Xəzər Lənkəran” bununla hazırlığını tamamlayıb oyun saatını gözləyəcək. Xatırladaq ki, 34-cü turun “Xəzər Lənkəran”- AZAL görüşü may ayının 16-da baş tutacaq və “Xəzər Lənkəran”TV ilə canlı yayımlanacaq.
