"Xəzər Lənkəran"ın yunanıstanlı forvardı Dimitrios Sialmas yenidən zədələnib.
Korner.az-ın məlumatına görə, Premyer Liqanın növbəti turunda səfərdə "Turan"la qarşılaşacaq "ağ-yaşıllar" sözügedən qarşılaşmanın hazırlıqlarını davam etdirərkən Sialmas məşq zamanı zədələnib. Onun durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək.
