"Xəzər Lənkəran" azarkeşləri "facebook" sosial şəbəkəsində (https://www.facebook.com/Khazar.Lankaran.FC) aksiyaya başlayıblar.
Korner.az-ın məlumatına görə, Cənub klubu bu gün "Sliema" ilə Avropa Liqasının I təsnifant mərhələsinin cavab oyunları çərçivəsində üz-üzə gələcək.
Lənkəranlı fanatlar isə sosial şəbəkələrindəki fotoları dəyişərək "Xəzər Lənkləran" loqosu və ya klubun rənglərinə uyğun fotolar yerləşdirəcək. Bununla da "Facebook" "ağ-yaşıl" rəngə bürünəcək.
