Ölkə kubokunun finalındakı insidentlə əlaqədar iki futbolçusu zərər çəkən "Xəzər Lənkəran" AFFA-ya şikayət ünvanlayacaq.
Bu barədə Korner.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu dedi.
Klub rəsmisi birbaşa AFFA-ya ünvanlayacaqları şikayətə futbolçuların döyülməsi, Cənub klubunun mühafizəçilərinin meydana buraxılmaması və nəticədə meydanda olan "Neftçi"nin "oxrana"larının "ağ-yaşıllı" oyunçulara qarşı güc tətbiq edərək, onları al-qana boyamasını müraciətdə yer alacağını bildirib.
"Xəzər Lənkəran" günahkarların cəzalandırlmasını istəyir.