“Xəzər Lənkəran” azarkeşləri daha bir fan-qrup yaradıblar.
Korner.az-ın məlumatına görə, yeni azarkeş qrupu “Green Gate 2” adlanır.
Bu barədə saytımıza açıqlama verən fan-qrupun qurucularından olan Əmrəli Hüseynli bildirib ki, müstəqil fəaliyyət göstərəcəklər: “Fan-klubun adının “Green Gate 2" olmasının səbəbləri var. Bizə görə, əsl fanat, fan-klub qapı arxasında oturmalıdı. “Xəzər Lənkəran”ın oyunlarına stadionun 2-ci qapısında toplaşıb gedirik deyə, fan-qrupun adını belə qoyduq. Azad olmağımız, hər işi öz vəsaitimiz hesabına görməyimiz bizi fərqləndirəcək. Elə insanlar var, bu səbəbdən bizə qoşulmaq istəmir. Bizə elələri lazım deyil. 90 dəqiqə susmayan fanatlar istəyirik. Fan-qrup yeni yarandığından, sayımız az ola bilər. Ancaq biz kəmiyyətə yox, keyfiyyətə önəm veririk. Çoxumuz tələbəyik, hər oyuna olmasa da, öz vəsaitimiz hesabına oyunlara getməyə çalışacağıq”.
