Gələn həftə Premyer Liqada XXXI turun oyunları keçiriləcək. 2 gün davam edəcək turun ilk günündə 2, ertəsi gün 4 qarşılaşma baş tutacaq.
Korner.az-ın məlumatına görə, görüşlərin eyni vaxtda başlayacağı tur mükafatların sahiblərinin adına aydınlıq gətirə bilər. Peşəkar Futbol Liqasının rəsmi saytı qarşıdakı turda üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edir.
XXXI tur, 13 may (bazar ertəsi)
181. “Turan” (Tovuz) – “Kəpəz” (Gəncə)
+20=9-13, top fərqi – 53:51
Qərb derbisi 43-cü dəfə keçiriləcək. Son 3 qarşılaşmada qalib gələn “Turan” ümumi balansda da üstünlüyə malikdi. Tovuzlular son 7 görüşdə meydanı qolsuz tərk etməyib.
182. “Sumqayıt” (Sumqayıt) – “Xəzər Lənkəran” (Lənkəran)
+0=2-3, top fərqi – 4:8
6-cı duelə üstünlüklə çıxacaq “Xəzər Lənkəran” cari mövsümdə rəqibini məğlub edə bilməyib. Lakin “Sumqayıt” hələ də qələbə həsrətindədi.
14 may (çərşənbə axşamı)
183. “Rəvan” (Bakı) – AZAL (Bakı)
+4=1-2, top fərqi – 12:9
Paytaxt derbisində üstünlük “Rəvan”ın tərəfindədir. Onlar AZAL-a qarşı keçirilən 7 oyunun hamısında ən azı 1 dəfə rəqib qapısına yol tapıb.
184. “Qarabağ” (Ağdam) – “Bakı” (Bakı)
+14=13-14, top fərqi – 47:45
Eyni sayda qələbə qazanan rəqiblərin əvvəlki 41 oyununda “Qarabağ” yalnız top fərqində üstünlük əldə edib. Rəqiblərin son 6 oyununda meydan sahibi olan tərəf qalib gəlməyib.
185. “Simurq” (Zaqatala) – “İnter” (Bakı)
+1=1-13, top fərqi – 8:29
“İnter” 15 dəfə qarşılaşdığı “Simurq”la görüşlərdə aşkar üstünlüyə malikdir. Rəqiblərin son 7 oyununda qol vuran komanda qalib gəlir.
186. “Qəbələ” (Qəbələ) – “Neftçi” (Bakı)
+6=4-9, top fərqi – 17:27
20-ci dueldə üz-üzə gələcək komandaların oyunlarında “Neftçi” üstünlüyə malikdir. “Qəbələ” isə son 3 ev görüşündə qalib gəlib. Rəqiblərin son 3 matçında da qonaqlar xala həsrətdi.