“Qalib gəlmək üçün burada idik. Bu qələbə bizə çox vacib idi”.
Korner.az-ın sport7.az saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 35-ci turunda “Xəzər Lənkəran”ı səfərdə məğlub etdikləri oyundan (2:1) sonra deyib.
“Sumqayıt” yarandığı ildən bu yana tarixində ən çox xalı yığdı. Ən azından öz fanatlarımza bu sevinci bəxş edə bildik. Düzdü, bu, avrokuboklara getməyimiz üçün yetərli deyil. Gərgin oyun oldu. Uşaqlara halal olsun. “Xəzər Lənkəran”ın bu duruma düşməsini heç kim istəmir. İnşallah, əvvəlki komandanı yenidən görərik” – deyə o bildirib.
