“Xəzər Lənkəran” “Rəvan”la oyuna tam heyətlə çıxa bilməyəcək.
Korner.az-ın məlumatına görə, Deyvid Sakkoni matçı buraxacaq.
Braziliyalı yarımmüdafiəçinin zədəsi ciddidi və ən azı 10 gün meydandan kənarda qalacaq. Bu səbəbdən o, “Rəvan” matçını buraxmalı olacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın digər zədələliləri – Rasim Ramaldanov, Rahid Əmirquliyev, Mbilla Etame və Manuel Skarlatake komandaya qoşularaq fərdi məşqlərə başlayıb. Onların “Rəvan”a qarşı oynayıb-oynamayacağı bilinmir.