“Bilirəm ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov məni öz komandasında görmək istəyir. Vaxtilə “Karvan”da da onun rəhbərliyi altında çıxış etmişəm, oyunuma bələddir, meydandan kənarda gözəl münasibətlərimiz var. Amma heç bir klubla danışıqlar aparmamışam”. Korner.az-ın məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Mahir Şükürov deyib.
Şükürov bildirib ki, mövsüm başa çatandan sonra rəhbərliklə görüşəcək: “Növbəti mövsümü hansı komandada keçirəcəyim barədə indidən danışmaq istəmirəm. Bu mövsümün sonunda “Qəbələ” rəhbərliyi ilə danışıqlar stolu arxasında oturacağam. Düzdür, bu klubla ötən il 2 illik müqavilə bağlamışam. Amma anlaşmamda belə bir bənd var ki, ikinci mövsümdə də komandada qalmağıma rəhbərlik qərar verməlidir. Ona görə mövsüm başa çatmamış başqa klubla danışıqlardan söhbət gedə bilməz”.
lent.az