"Xəzər Lənkəran"ın baş məşqçisi Karles Bakes AZAL-a məğlubiyyəti şərh edib.
Korner.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis duman səbəbindən dünən yarımçıq dayandırılan və ikinci hissənin 36 dəqiqəsinin bu gün oynanıldığı matç haqda danışarkən bunları deyib:
“Oyunun dünən yarımçıq qalması bizim əleyhimizə işlədi. Çünki, dünən biz üstün oyun oynayırdıq. Bu gün AZAL daha yaxşı oynadı və layiqli qələbə qazandı”.
