Topaz Premyer Liqası XX turu ikinci oyun günündə “Xəzər Lənkəran” “Qarabağ”ın qonağı oldu.
Korner.az-ın məlumatına görə, matç 3:0 hesabı ilə meydan sahibərinin qələbəsi ilə başa çatdı.
Oyundan sonra “Xəzər Lənkəran” komandasının baş məşqçisi Elbrus Məmmədov bunları deyib:
“Qarabağ”ı qələbə munasibətilə təbrik edirəm. Çətin oyun oldu. Hələ komandanı tam toparlamağa çalışırıq. Ruslan Cəfərovun qırmızı vərəqə alması komandamıza mənfi təsir göstərəcək. Daha iki futbolçu baxışa gələcək. Əgər bəyənsəm komandaya götürüləcək”
