Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində səfərdə Qazaxıstanın "Jetusi" klluibu ilə 1:1-lik heç-heçə edən Polşanın "Lex" klubu "Xəzər Lənkəran"a rəqib olub. Korner.az-ın məlumatına görə, Avroliqanın ikinci təsnifat mərhələsində öz meydanında "Jetusi"yə 2:0 hesabı ilə qalib gələn polyaklar səfərdə lazımı nəticəni qazanaraq Cənub təmsilçisinə rəqib olub.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Lex” arasında ilk oyun iyulun 19-da Lənkəranda, cavab görüşü isə iyulun 26-da Polşada baş tutacaq.
