Avroliqanın I təsnifat mərhələsində "Nomme Kalyu" komandası ilə üz-üzə gələcək olan "Xəzər Lənkəran"ın ev oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, cənub təmsilçisinin Lənkərandakı qarşılaşması birbaşa təqdim olunacaq.
Azarkeşlər qarşılaşmanı AzTV vasitəsilə izləyə bilərlər.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Nomme Kalyu” iyulun 5-də saat 20:00-da start götürəcək.
