Avroliqada ölkəmizi təmsil edəcək "Xəzər Lənkəran" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək. Korner.az-ın məlumatına görə, Cənub təmsilçisi Bolqarıstanın “Lokomotiv” klubu ilə qarşılaşacaq.
Plovdiv təmsilçisi ilə matç Yunis Hüseynovun rəhbərlik etdiyi kollektiv üçün sonuncu sınaq olacaq.
Qeyd edək ki, cənub təmsilçisi Avstriyada keçirdiyi yoxlama oyunlarında Almaniyanın Regional Liqasında çıxış edən “Starnberq”ə 6:0 hesabı ilə qalib gəlib, Kiyev “Dinamo”suna 0:2 hesabı ilə uduzub, Rumıniyanın “Vaslui” klubu ilə 1:1 hesablı bərabərliyə qalıb.
