AFFA-nın keçirdiyi ilin ən yaxşı futbolçu nominasiyasında ilin ən yaxşısı seçilən Ruslan Abışov qış fasiləsində "Xəzər Lənkəran"dan gedə bilər.
Korner.az-ın məlumatına görə, Abışov karyerasını Avropada davam etdirməyə yaxın oluğunu bildirib:
“Mən də xarici klublarda çıxış etmək istəyirəm. İndi buna çox yaxınam. Amma hazırda “Qarabağ”la çempionat oyunumuzu fikirləşirəm. Bundan sonra çox şey dəyişə bilər. Fikrimcə, “Qarabağ”la matçdan sonra bu yöndə aparılan işlər yekunlaşacaq”.
