“Xəzər Lənkəran” növbəti transferini reallaşdırdı.
Korner.az-ın məlumatına görə, uzun müddətdir ki, qapıçı axtarışında olan cənublular rumıniyalı Kristian Belqradyenlə anlaşmaq üzrədi. Qapıçı artıq “Dinamo” ilə yollarını ayırıb, azad agent statusu alan qolkiperin yaxın iki gün ərzində Bakıya gəlib, rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, “Xəzər Lənkəran” bunadək Rəşad Sadiqov, Aleksandr Şemonayev, Fernando Qabriel, Qalin İvanov, Alfred Sanko, Rauf Əliyev və Əfran İsmayılovu transfer edib.
