May ayında Bakıda təşkil olunacaq Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək.
Korner.az-ın məlumatına görə, aprelin 12-13-də paytaxtımızda baş tutacaq hazırlıq prosesinə “Xəzər Lənkəran”ın da 3 futbolçusu dəvət olunub.
Bunlar İbrahim Qədirzadə, Yusif Həsənov və Xəqani Sadıqovdur.
