“Zirə”ni təbrik edirəm. Adil Şükürov yaxşı komanda yaradıb”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqanın 22-ci turunda “Zirə”yə məğlubiyyətdən sonra CBC Sport telekanalına açıqlamasında deyib.
“Bu gün çox istəyirdik ki, qol vuraq. Bütün məşqlərimiz bunun üzərində qurulmuşdu. Amma qismət olmadı. Çalışarıq, səhvlərimizi aradan qaldıraq. Ümumiyyətlə, komandamızda əsas çatışmayan cəhət qol vura bilməməkdir. Qol vursaq, əhval-ruhiyyəmiz dəyişəcək. Gələcəyə ümidlə baxıram”, – deyə Məmmədov bildirib.
