Premyer Liqanın 20-ci turu çərçivəsində öz meydanında "Turan"ı 4 qolla məğlub edən "Xəzər Lənkəran" ın baş məşqçisi oyunçularına istirahət verib. Komanda bu gündən etibarən Lənkəranda məşqlərini bərpa edəcək.
Korner.az-ın məlumatına görə, qarşıdakı turda "Qəbələ" ilə qarşılaşacaq Cənub klubu səfər öncəsi şad xəbər alıb. Belə ki, yeni transfer Lusiano Olquinin transfer vərəqi gəlib. Artıq Olquinin “Qəbələ” matçında meydana çıxması üçün heç bir problem yoxdu.
