Premyer Liqanın XXIII turunda martın 12-də "Xəzər Lənkəran”ı məğlub edən "Rəvan” futbolçularına bir neçə günlük istirahət verib.
Korner.az-ın məlumatına görə, komanda bir də bazar günü bir araya gələcək.
Martın 17-dən etibarən isə gündə 1 məşq nəzərdə tutulub. "Rəvan” növbəti çempionat oyununun martın 30-da olacağını nəzərə alaraq fasilə dönəmində 1 yoldaşlıq matçı da keçirəcək.
Komandanın rəqibi Premyer Liqanın lideri "Neftçi” olacaq. Görüş martın 23-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
