Dünən "Xəzər Lənkəran"ı yoxlama matçında məğlub edən Rumıniyanın “Timişioara” klubu son Azərbaycan çempionu “Neftçi”nin Türkiyə toplanışı çərçivəsindəki növbəti rəqibi olub.
Korner.az-ın məlumatına görə, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Qarşılaşma yanvarın 31-də keçiriləcək.
Qeyd edək ki, “Timisioara” artıq Azərbaycanın bir klubu ilə üz-üzə gəlib. “Xəzər Lənkəran”la qarşılaşan bu komanda 2:0 hesablı qələbə qazanmışdı.
