"Bu gün bizim üçün ikiqat bayramdı. Həm çempionluq, həm də ölkə kubokunu qazandıq".
Bu sözləri Korner.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Elvin Yunuszadə deyib.
Gənc müdafiəçi "Xəzər Lənkəran"la oyunda kubok qazanmağın başqa bir sevinc olduğunu bildirib:
"Xəzər Lənkəran"la oyunda qələbə qazanıb, kuboku qazanmaq bir başqa sevincdi. Fikirləşirəm başa-baş oyun getdi. Penaltilər "lotoreya"dı və biz bunu qazandıq. İndi diqqətimizi avrokubok oyunlarına yönəltməliyik".