Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə Maltanın “Slima” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” bu oyunda çətinliklə qarşılaşa bilər.
Korner.az-ın məlumatına görə, qarşılaşma süni meydançada keçiriləcək. Matçın keçiriləcəyi “Ta Qalin” stadionu Maltada beynəlxalq oyunlar üçün standartlara cavab verən yeganə arenadı.
Stadionun süni ot örtüyü olmasına səbəb isə bütün Maltanı avrokuboklarda təmsil edəcək klubların, eləcə də millinin oyunları məhz bu arenada keçirilməsidi. Belə olan halda isə stadionun ot örtüyü təbii olduğu vəziyyətdə tez sıradan çıxmasıdı.
“Fırtınalar meydanı”nın, eləcə də Almaniyada təbii ot örtüyündə məşq edərək səfərə yollanan Cənub klubunun 18 minlik “Ta Qalin” stadionunda hansı çətinliklə qarşılaşacağını güman etmək olar.
