UEFA-nın AFFA-ya və”Xəzər Lənkəran”a göndərdiyi məktub Cənub klubu tərəfindən narazılıqla qarşılanıb.
Korner.az-ın məlumatına görə, Almaniyada təlim-məşq toplantısında olan “ağ-yaşıllar”ın “üsyanına” səbəb UEFA-nın Avropa Liqasının birinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın Malta klubu “Slima Uonderers”a qarşı keçirəcəyi oyunun vaxtını iyulun 4-dən, iyulun 2-ə çəkməsidi. Ali qurumun bu qərarı Lənkəran klubunun planlarını alr-üst edib.
Maltaya daha erkən yollanmalı olan “Xəzər Lənkəran”ın toplanış çərçivəsində planlaşdırdığı iki yoxlama oyunu baş tutmaya bilər. Belə ki, “Xəzər”in İyun ayının 29-da Almaniyanın ikinci divizion təmsilçisi “İnqolştad”, ertəsi gün, iyun ayının 30-da üçüncü divizion təmsilçisi “Aysburq-2” komandası ilə gücünü sınamaq istəyi ləğv oluna bilər.