Növbəti mövsümdə U-17 liqasında çıxış etməyə hazırlaşan “Xəzər Lənkəran”ın 17 yaşa qədər futbolçulardan ibarət komandası bugün “Xəzər Lənkəran” Mərkəzi Stadionda ilk məşqinə çıxıb.
Korner.az-ın məlumatına görə, baş məşqçi Ağadadaş Həmidovun rəhbərliyi ilə həyata keçirilən məşq prosesində 2000-ci və 2001-ci il təvəllüdlü futbolçular iştirak ediblər.
Hazırda komandanın düşərgəsində ötən mövsüm “Xəzər Lənkəran” da çıxış etmiş futbolçularla yanaşı yeni futbolçular da var. Qarşıdakı bir ay ərzində heyətin tam komplektləşdirilməsi nəzərdə tutulub.
Bu həftə həmçinin U-13 və U-14 qruplarının da məşq prosesinə start verməsi nəzərdə tutulur.
