"Son günlər Arşavin məsələsi yaman gündəmə gəlib. Toşak kimi ünlü baş məşqçinin "Xəzər Lənkəran"a gəlməsi klubun növbəti mövsüm üçün iddialarından xəbər verir və niyə görə də Arşavin transferi baş tutmasın?".
Bu sözləri Korner.az–a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev deyib.
"Ağ-yaşıllar"ın rəsmisi Arşavin transferinin rellaşmasını istisna etmir:
"Düzdü, məndə bu barədə bir məlumat yoxdu. Ancaq deyə bilərəm ki, gələn il komandanın çempion olmaq istəməsi və klub rəhbərliyinin Toşaka transfer məsələlərində dəstək olmasını nəzərə alsaq, Arşavin və onun səviyyəsində ulduz futbolçuların "Xəzər Lənkəran"a transferi mümkündü".
Səxavət QURBANOV
