"Xəzər Lənkəran" klubu futbolçularına "Böyük oyun" öncəsi qadağa qoyub.
Cənub klubu futbolçulara mətbuatla ünsiyyəti qadağan edib. Bu barədə Korner.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev deyib.
Klub rəsmisi qadağanı belə dəyərləndirib::
"Rəhbərlik futbolçulara mətbuatla ünsiyyətə qadağa qoyub. Buna səbəb komandanın yaxşı nəticələr qazanmamasıdı".
Sonda onuda qeyd edək ki, Ruslan Abışov qoyulan bu qadağaya məhəl qoymayıb.
