"Ağ-yaşıllar" əvəzedici heyətə minimal hesabla qalib gəldi
Bu gün "Xəzər Lənkəran"ın əsas və əvəzedici heyətləri arasında oyun keçirilib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Xəzər Lənkəran" stadionunun yardımçı meydançasında güclü yağış altında keçən qarşılaşmada əsas komanda "kiçik qardaşlarına" 2:1 heabı ilə qalib gəlib.
Belə ki, son zamanlar fəallığı və dinamik oyunu ilə seçilən yunan hücumçu Dimitrios Sialmas bu oyunda da 2 dəfə fərqlənməyi bacarıb. Əsas komandanın qapısına vurulan yeganə qolun müəllifi isə gənc istedadlı futbolçu Elnur Cəfərov oldu.
Qeyd etmək lazımdır ki, hər hissəsi 35 dəqiqə davam edən oyunda əvəzedici komandanın heyətində artıq əsas komandada çıxış edən oyunçularımız Kazım Kazımlı, Akif Tağıyev və Kamran Abdullazadə yer almışdılar. Ağabala Ramazanov isə bir hissədə əsas, digərində isə əvəzedicilər heyətində çıxış etdi.
