Premyer Liqanın 19-cu turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" – "İnter" matçının ardından Cənub təmsilçisinin "Green Gate 2" fan qrupunun 5 üzvü polis tərəfindən bölməyə aparılması haqda sizə öncədən xəbər vermişdik.
Korner.az sözügedən məsələ ilə bağlı klubun mətbuat xidməti ilə əlaqə saxlayıb. Klubdan saytımıza bildiriblər ki, bu məsələ ilə bağlı "Xəzər Lənkəran" tərəfi heç bir bəyanat verməyəcək və bu cür hallara münasibət bildirməyəcək.