Martın 12-də ölkə kubokunda 1/4 final mərhələsinin oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, “Xəzər Lənkəran” artıq bu mərhələdə üz-üzə gələcəyi “Araz Naxçıvan”la matçın hazırlığına başlayıb.
Oyuna 3 gün qalsa da, Lənkəran təmsilçisi bu gün Naxçıvana yollanıb. Klub rəhbərliyi futbolçuların stadiona öyrəşməsi üçün komandanı Muxtar Respublikaya erkən göndərib.
