"Xəzər Lənkəran" Dimitrios Sialmasla yeni müqavilə bağlayacaq.
Korner.az-ın məlumatına görə, bu haqda xəbəri Yunanıstan mətbuatı yayıb.
Xəbərdə bildirilir ki, yunan futbolçu son iki oyunda 4 qol vurub və klubu ilə yeni 1 illik müqavilə bağlamağa çox yaxındır. Sialmas bu müddətdə klubdan 250 min avro qazanc əldə edəcək.
