Bu gün Azərbaycan Premyer Liqasında 15-ci turun oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, turun bütün oyunları bu gün baş tutacaq.
Turun açılış matçında "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcək. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə liderliyini bir qədər də möhkəmləndirəcək. Oyun saat 15:15-də başlayacaq.
"Sumqayıt" klubu öz meydanında "Simurq"u, "Xəzər Lənkəran" isə "Qəbələ"ni sınağa çəkəcək. Turun son qarşılaşmasında paytaxt təmsilçiləri – "İnter" və AZAL komandaları üz-üzə gələcək. Həmin oyunun start fiti saat 17:15-də veriləcək.
7 dekabr (bazar)
Azərbaycan Premyer Liqası, 15-ci tur
15:15. “Qarabağ” – “Neftçi” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Ramil Diniyev
16:00. “Sumqayıt” – “Simurq” 2:1
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov
QOLLAR: Tofiq Mikayılov, 38, Məhəmməd Qurbanov, 81 / Rəşad Eyyubov, 5
17:00. “Xəzər Lənkəran” – “Qəbələ” 3:0
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Mübariz Haşımov, Vüsal Əliyev
QOLLAR: Qalin İvanov, 6, Ruslan Tağızadə, 32 (öz qap.), Ağabala Ramazanov, 51
17:15. “İnter” – AZAL 1:0
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nihad Əliyev, Fariz Yusifov
QOLLAR: Franko Nildo, 68
