Azərbaycan Premyer Liqasının son turunda qələbə qazanan "Xəzər Lənkəran" rekorda imza atıb. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cənublular ardıcıl 3-cü dəfədir "altılıq" prinsipi ilə keçirilən final mərhələlərində özünün ən yaxşı nəticəsini göstərib.
2 il əvvəl həlledici matçlarda 12 xal toplayan Ağasəlim Mircavadovun yetirmələrinin nailiyyətini ötən il Mirça Rednikin komandası 1 xal yaxşılaşdırmışdı. Yunis Hüseynovlu komanda isə həmin nailiyyəti də 2 xal üstələdi. Qələbə sayını da rekord həddə – 4-ə çatdıran "Xəzər Lənkəran" qol sayında 2 il əvvəlki göstəricini təkrarladı.
Qeyd edək ki, "Xəzər Lənkəran" hər 3 halda mükafatlar uğrunda mübarizə aparan ilk “altılıq”da yer alıb.
“Xəzər Lənkəran” final mərhələlərində
2009/10 10 3 3 4 11-10 12
2010/11 10 2 7 1 10-6 13
2011/12 10 4 3 3 11-9 15
