“Xəzər Lənkəran” Premyer Liqanın XV turunda “Qəbələ” klubu ilə üz-üzə gələcək.
Korner.az-ın məlumatına görə, təmirə bağlanan “Fırtınalar meydanı”nda ot örtüyünün yenilməsi işləri hələ tamamlanmadığından qarşılaşma Bakıda keçiriləcək.
Belə ki, komanda “Qəbələ”ni paytaxtın “Bayıl Arena” stadionunda qəbul edəcək. Dekabrın 7-də saat 17:00-da start götürəcək oyunda stadiona giriş pulsuz olacaq.
