Bu gün AFFA Lisenziyalaşdırma komissiyasının yığıncağı keçirilib.
Korner.az-ın məlumatına görə, komitə “Xəzər Lənkəran”ın 2013/2014 mövsümü üçün avrokuboklarda iştirakla bağlı lisenziya verilməsi məsələsinə baxıb.
Nəticədə "ağ-yaşıllar"a müvafiq lisenziya verilib. Beləliklə UEFA-nın klub yarışlarında iştirakla bağlı “Xəzər Lənkəran” uyğun proseduru vaxtında həyata keçirib.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın avrokubolarda oynaması üçün ya “Neftçi” Azərbaycan çempionu olmalı, ya da “Xəzər Lənkəran” kuboku qazanmalıdır.
