Mövsümlər arası fasilə müddətində “Xəzər Lənkəran” klubu sayca 4-cü transferini həyata keçirib.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Makedoniya yığmasının U-16 millisindən başlayaraq əsas milli yığma komanadaya qədər heyətə cəlb olunan Nikola Qliqorov ilə klub 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu ampulaca yarımmüdafiəçidir. Futbolçunun son klubu Kiprin “Alka” klubu olub. Karyerasının çox hissəsini vətənində keçirən futbolçu Serbiyada da legioner həyatı yaşamaqla yanaşı qitəmiqyaslı turnirlərdə də böyük təcrübəyə malikdir.