"Xəzər Lənkəran"da qolkiper Vyekeslav Tomiç və Alfred Sankonun zədəsi olduğu barədə məlumat vermişdik.
Korner.az-ın məlumatına görə, Tomiçin zədəsi elə də ciddi deyil və qapıçı sabahdan etibarən komanda ilə məşqlərə başlayacaq.
Qasıq nahiyəsində ağrılar olan Sanko isə oyun gününə kimi zədəsini sağadacaq. Hər iki futbolçu martın 18-i keçiriləcək AZAL-la matçda meydanda olacaq.
