“Xəzər Lənkəran” klubu qapıçı Vladislav
Stoyanovu transfer etmək üçün var gücü ilə çalışır.
Korner.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki,
cənub təmsilçisi 27 yaşlı qolkiperi heyətinə qatmaq üçün “Ludoqorets” klubuna
800 min avro təklif edib.
Bundan əlavə, “ağ-yaşıllar”ın Stoyanova
aylıq maaş olaraq 30 min avro verəcəyi deyilir.
Qeyd edək ki, Bolqarıstan millisinin də
üzvü olan Vladislav Stoyanov 2013-cü ildən “Ludqorets”də çıxış edir.
