Premyer Liqanın 32-ci turu çərçivəsində “Bakı” ilə qarşılaşacaq “Xəzər Lənkəran” məşqlərini sabahdan davam etdirəcək.
Bu barədə korner.az-a açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov məlumat verib.
Cənub komandasının çalışdırıcısı sabahdan “Bakı” ilə oyunun hazırlıqlarına start verəcəklərini bildirib:
“Sabahdan “Bakı” ilə oyunun hazırlıqlarına başlayacağıq. Elvin və Rasim kart cəzalısı olduğundna bu matçda bizə kömək edə bilməyəcək”.
Zədəsini ölkəsində sağaldan qapıçı Tomiçin də sabah düşərgəyə qoşulması gözlənilir.
