“Xəzər Lənkəran”ın baş məşqçi postunda növbəti dəfə dəyişiklik edilib.
Korner.az-a klubdan verilən məlumata görə, Cənub təmsilçisi bol qalmış posta klubun idman direktoru Yunis Hüseynovu gətirib.
Elbrus Məmmədov isə əvvəlki işinə qaytarılıb. O, yenidən əvəzedici komandanı zirvələrə daşımaq üçün çalışacaq.
Qeyd edək ki, Yunis Hüseynov 2012-ci ildə də “Xəzər Lənkəran”ın baş məşqçisi olub. O, bu müddətdə Lənkəran klubunu ilk dəfə Avropa Liqasında mərhələ adlamasında əsas pay sahiblərindən biri olub.
