"Xəzər Lənkəran"da "Böyük oyun" oyun öncəsi şok yaşanıb. Son məşqdə Vanderson Skarduelli zədələnib və məşqi yarımçıq tərk edib.
Bu barədə məlumatı Korner.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Bundan əlavə klub rəsmisi bakıda artıq bir məşq keçirdiklərini və oyun öncəsi də bir məşq keçirəcəklərini deyib. O komandada Nildo və son məşqdə zədələnən Skarduellidən başqa itkinin olmadığını deyib.
Qeyd edək ki, oyun 2 noyabr saat 19:00-da "Bakcell Arena"da keçiriləcək.