“Xəzər Lənkəran” bir gün səhər hazırlığını bərpa edib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqasının 29-cu turunda mayın 3-də “Kəpəz”ə qarşı matçından sonra komandaya birgünlük istirahət verilmişdi.
Ehtiyat meydanda baş tutan səhər məşqində futbolçular əsasən taktiki çalışmaları yerinə yetiriblər. Bu gün komanda gün ərzində bir məşqlə kifayətlənəcək və sabah “Turan”la oyun öncəsi son məşqini keçirib oyun saatını gözləyəcək. Hazırda Xl Vanderson Skarduelli və Adrian Skarlatake zədədən əziyyət çəkir.
