Oğuz Çətinin istefasından sonra əksər futbolçularla yollarını ayıracağı gözlənilən “Xəzər Lənkəran” klubu altı oyunçunu komandada saxlamağa qərar verib.
Korner.az-ın məlumatına görə, cənub təmsilçisi yalnız üç legioneri təlim-məşq toplanışına aparacaq. Bunlar Vyekoslav Tomiç, Alfred Sanko və Sadio Tounkaradır.
Yerli futbolçulardan isə Rahid Əmirquliyev, Ağabala Ramazanov və Tural Cəlilov Lənkəran klubundakı karyerasını davam etdirək. Digər futbolçular isə böyük ehtimalla komandadan göndəriləcək.
Xəbəri klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu təsdiq edib.
Qeyd edək ki, əsas komandaya bundan sonra əvəzedici heyətin üzvləri cəlb olunacaqlar.
